DÜNYA » SİYASƏT
22 Yanvar 2020, 15:49 (GMT +4)

İraq və ABŞ prezidentləri görüşüblər

Bakı, 22 yanvar, SalamNews, B.Samid. Qasim Süleymani və Əbu-Mehdi əl-Müəhəndisin ABŞ tərəfindən terror edilməsindən sonra ilk dəfə olaraq Bərhəm Saleh və Donald Tramp görüşüblər.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, Davos forumu çərçivəsində İraqın prezidenti Bərhəm Saleh və ABŞ prezidenti Donald Tramp görüşüblər.

İraqın Prezident Administrasiyasından agentliyə verilən xəbərə görə, tərəflər bu barədə qarşılıqlı əməkdaşlığı və region məsələlərini müzakirə ediblər.

Donald Tramp bu görüşdə İraqla hərbi əməkdaşlığın davam edəcəyini bildirib.

Məlumata görə, İraqın prezidenti "ölkədəki əcnəbi qüvvələrin azaldılmasına, ölkə xalqının suverenliyin qorunması ilə bağlı tələblərinə hörmətlə yanaşmağın əhəmiyyətinə, təhlükəsizliyin təmin edilməsinə" və sair məsələlərə toxunub.

Qeyd edək ki, bundan öncə Haşd-Şabi -yə bağlı olan bəzi briqadalar və ölkənin bəzi siyasi qüvvələri İraq prezidentindən Donald Trampla görüşməməyi istəmişdilər.