DÜNYA » SİYASƏT
23 Yanvar 2020, 12:04 (GMT +4)

Pompeo Ukraynanı ABŞ-ın ən böyük ticarət tərəfdaşı adlandırıb

Bakı, 23 yanvar, SalamNews. ABŞ dövlət katibi Mayk Pompeo, Ukraynanı ABŞ-ın "nəhəng ticarət tərəfdaşı" adlandırıb.

SalamNews xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Mayk Pompeo bildirib ki, ABŞ-ın Ukraynaya olan marağını ölkəyə qoyulan sərmayələrdən anlamaq olar.

"Amerikanın Ukrayna ilə əlaqəli bir sıra maraqları var. Düşünürəm ki, ora yönləndirdiyimiz vəsaitin miqdarı bu maraqların səviyyəsini əks etdirir", Pompeo deyib.

Onun sözlərinə görə, Amerika tərəfini yalnız Ukraynada deyil, bütün dünyadakı demokratiya məsələlərindən narahat edir.