AZƏRBAYCAN » CƏMİYYƏT
23 Yanvar 2020, 13:50 (GMT +4)

Şəhid Cavanşir İbrahimovun təltif olunduğu medal oğluna təqdim edilib

Bakı, 23 yanvar, SalamNews. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sədri Füzulu Rzaquliyevin əmri ilə 1992-ci ilun 26 yanvar tarixində Daşaltı əməliyyatında Şəhid olmuş İbrahimov Cavanşir Zeynal oğlu «Müharibə veteranı» xatirə medalı ilə təltif olundu.

SalamNews xəbər verr ki, AVMVİB Sədrinin səlahiyyətli nümayəndəsi «Azərbaycan bayrağı ordenli», ehtiyatda olan polkovnik Elmar Hüseynov xatirə medalını Şəhidin oğlu Oruc İbrahimova təqdim etdi.

Tədbirdə Şəhidin ailə üzvləri, döyüş yoldaşları İlham Rüstəmov, Vidadi Ağagülov, Namiq Həşimov iştirak etdilər.