QAFQAZ » İQTİSADİYYAT
28 Yanvar 2020, 09:44 (GMT +4)

Gürcüstan Çindən heyvan idxalına qadağa qoyub

Bakı, 28 yanvar, SalamNews. Gürcüstan, Çin Xalq Respublikasından ölkəyə heyvan idxalına qadağa qoyub.

SalamNews xəbər verir ki, məlumatı Gürcüstanın Ətraf və Kənd Təsərrüfatı Nazirliyi yayıb.

Müvafiq qərar Çində yayılmış yeni növ koronavirusun Gürcüstana keçməsinin qarşısını almaq məqsədi daşıyır. 

Gürcüstan Çindən tısbağalar və bəzəkli balıqlar idxal edirdi.