DÜNYA » SİYASƏT
31 Yanvar 2020, 11:12 (GMT +4)

Mayk Pompeo Kiyevə işgüzar səfərə gedib

Bakı, 31 yanvar, SalamNews. ABŞ dövlət katibi Mayk Pompeo Kiyevə işgüzar səfərə gedib.

SalamNews-un məlumatına görə, bunu Ukrayna xarici işlər nazirinin müavini Yeqor Bojok öz "Twitter" səhifəsində açıqlayıb.

Ukraynanın paytaxtına səfəri zamanı Pompeo prezident Vladimir Zelenski, həmçinin Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Vadim Pristayko və müdafiə naziri Andrey Zaqorodonyukla  görüşəcək.