AZƏRBAYCAN » DİN
01 Fevral 2020, 10:20 (GMT +4)

Məşədi Dadaş məscidində qanvermə aksiyası keçirilib

Bakı, 1 fevral, SalamNews. Məşədi Dadaş məscidi dini icması və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatşılığı ilə qanvermə aksiyası keçirilib.

SalamNews xəbər verir ki, Federasiyanın tibbi personalı məscid ərazisində cümə namazına gələn inanclılardan talassemiyalı uşaqlar üçün qan toplayıblar.

Qeyd edək ki, məscid icması ilə ATF uzun illərdir mütəmadi olaraq bu cür aksiyalar təşkil edirlər. Artıq bayram namazlarından sonra belə tədbirlərin təşkili bir adətə çevirilib.