DÜNYA » SİYASƏT
04 Fevral 2020, 12:49 (GMT +4)

Pompeo Netanyahu ilə görüşdüyünə görə sudanlı generala təşəkkür edib

Bakı, 4 fevral, SalamNews. B.Samid. ABŞ dövlət katibi Mayk Pompeo Sudanın Keçid Şurasının sədri general Əbdül-Fəttah əl-Burhana təşəkkür edib.

SalamNews xəbər verir ki, bu barədə Mayk Pompeo rəsmi twitter səhifəsində yazıb.

ABŞ dövlət katibi bildirib ki, Sudanın Keçid Şurasının sədri Əbdül-Fəttah əl-Burhanla telefon təmasında olub, Vaşinqton-Sudan əlaqələrini müzakirə edib, həmçinin İsrail baş naziri Benyamin Netanyahu ilə görüşdüyünə görə və İsrail-Sudan əlaqələrinin normallaşdırılmasına verdiyi töhfələrə görə, ona təşəkkürünü bildirib.

Qeyd edək ki, ilk dəfə olaraq Sudanın yüksək rəsmisi İsrail baş naziri ilə görüşüb. Uqandada baş tutan bu görüş Sudanın Keçid Şurasının sədri general Əbdül-Fəttah əl-Burhanla İsrail baş naziri Benyamin Netanyahu arasında həyata keçirilib.

Fələstin Muxtariyyəti, fələstinli hərəkatlar və bir çox ərəb və islami təşkilatlar bu görüşü pisləyiblər. İsrail baş naziri də bu görüş haqda yazıb və onu tarixi an adlandırıb.