DÜNYA » SİYASƏT
04 Fevral 2020, 14:17 (GMT +4)

Qasim Süleymaninin silahdaşlarından biri Hələbdə gedən döyüşlərdə həlak olub (FOTO)

Bakı, 4 fevral, SalamNews. B.Samid. Hələbdə radikal "ən-Nusra Cəbhəsi" ilə aparılan döyüşlər zamanı Sepah-ın mərhum generalı Qasim Süleymaninin silahdaşlarından biri Əsğar Paşapur həlak olub.

SalamNews xəbər verir ki, bu barədə "MashreqNews" məlumat verib.

Mənbə bildirib ki, "Hələb əyalətində təkfirçi qruplarla gedən döyüşlər zamanı Əsğar Paşapur şəhid olub."

Əlavə edilib ki, "bu hərəm müdafiəçisi Qasim Süleymani ilə birgə Suriyaya İŞİD və ən-Nusra Cəbhəsinə qarşı döyüşə gedən zabitlərindəndir."

İranın Rey şəhərindən olan Əsğar Paşapurun kürəkəni də 4 il öncə Suriyada təkfirçi qruplarla döyüşlərdə həlak olub.