DÜNYA » ELM VƏ TEXNOLOGİYA
04 Fevral 2020, 14:43 (GMT +4)

Facebook bu gün 16 illiyini qeyd edir

Bakı, 4 fevral, SalamNews. 4 fevral 2004-cü ildə fəaliyyətə başlayan  dünyanın ən böyük sosial şəbəkəsi  Facebook bu gün 16 illiyini qeyd edir.

SalamNews-un verdiyi xəbəər görə, 16 il əvvəl 19 yaşındakı Harvard Universiteti tələbəsi Mark Zukerberq dostları Dastin Moskoviç, Kris Haq və Eduard Saverin ilə birlikdə  thefacebook.com saytını hazırlayır.

Əvvəlcə Harvard tələbələri üçün şəbəkə yaradılır, bir ay ərzində Harvard tələbələrinin yarısı bu sosial şəbəkədən istifadə etməyə başlayır. Bir müddət sonra, Mark digər Amerika universitetlərinin tələbələrini də şəbəkəyə qoşur.

2006-cı ilin sentyabrından etibarən, Facebook şəbəkəsi bütün dünyada əlçatan olur.

Hazırda Facebook dünyanın hər yerində yüz milyonlarla insanı bir araya gətirən  ən böyük sosial şəbəkəsidir.