DÜNYA » SİYASƏT
04 Fevral 2020, 16:48 (GMT +4)

Çavuşoğlu Türkiyə və Azərbaycan vətəndaşlarının təxliyyəsində göstərdiyi köməyə görə Çinə təşəkkür edib 

Bakı, 4 fevral, SalamNews. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Çin xalqına və koronavirus nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.

SalamNews -un "Anadolu"ya istinadla verdiyi xəbərə görə, nazir Türkiyənin koronavirusun yayıldığı Uxan  şəhərinə tibbi ləvazimatlar göndərən ölkələrdən biri olduğunu deyib.

"Türkiyəyə gələn Çin vətəndaşlarının təhlükəsiz şəkildə geri qaytarılması üçün lazımi tədbirləri görəcəyik. Eyni zamanda, əgər ehtiyac olarsa Çinə əlavə tibbi ləvazimatlar da göndəriləcək. Çinli səlahiyyətlilərə, Türkiyə, qardaş Azərbaycan, qonşu Gürcüstan və Bolqarıstan vətəndaşlarının təxliyyəsində  göstərdikləri əməkdaşlıq və dəstəyə görə təşəkkür edirəm", Çavuşoğlu bildirib.