AZƏRBAYCAN » İQTİSADİYYAT
05 Fevral 2020, 17:18 (GMT +4)

AMB depozit hərracında 100 mln. manat vəsait cəlb edib

Bakı, 5 fevral, SalamNews.Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən SalamNews-a verilən məlumata görə, fevralın 5-də Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 627,9 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.