DÜNYA » SİYASƏT
05 Fevral 2020, 12:38 (GMT +4)

Pelosi ABŞ Konqresində Trampın nitqinin mətnini cırıb

Bakı, 5 fevral, SalamNews. Amerika Birləşmiş Ştatları Konqresin aşağı palatasının spikeri Nensi Pelosi, ABŞ Prezidenti Donald Trampın millət vəkilləri qarşısında etdiyi çıxışdan sonra mətnin bir nüsxəsini cırıb.

SalamNews-un verdiyi xəbərə görə, fevralın 4-də Tramp "Ölkənin vəziyyəti haqqında" illik müraciətlə çıxış edib.

Amerika prezidentinin çıxışı başa çatdıqdan sonra konqresmenlər ayağa qalxaraq onu alqışlarla qarşılayır.

Elə bu anda Pelosi Trampın çıxışının bir nüsxəsini çırmağa başlayıb.

Bundan əvvəl Tramp Nensi Pelosinin əlini sıxmaqdan imtina etmişdi.