DÜNYA » CƏMİYYƏT
06 Fevral 2020, 10:54 (GMT +4)

Yaponiyada gəmidə koronavirusa yoluxanların sayı artır

Bakı, 6 fevral, SalamNews. Yaponiyanın Yokohama limanı yaxınlığında olan "Diamond Princess" kruiz gəmisinin sərnişinləri arasında koronavirusa yoluxan sərnişinlərin sayı artıb. 

SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, daha 10 sərnişində virusa yoluxma aşkar edilib, bununla xəstəliyə tutulanların ümumi sayı 20 nəfər çatıb.

Onun sözlərinə görə, bütün yeni yoluxanlar Kanaqava prefekturasının tibb müəssisələrində yerləşdiriləcəklər. Hal-hazırda onların vətəndaşlığı dəqiqləşdirilməyib.

Səhiyyə Nazirliyinin məlumatına görə, göyərtədə 50-dən çox ölkədən təxminən 3,7 min nəfər sərnişin var.