DÜNYA » SİYASƏT
06 Fevral 2020, 12:45 (GMT +4)

Qüdsdə bir fələstinlinin hücumunda 14 İsrail hərbçisi yaralanıb

Bakı, 6 fevral, SalamNews, B.Samid. İşğalda olan Qüds şəhərində bir fələstinli idarə etdiyi maşını İsrail hərbçilərinin üzərinə sürüb. On dörd İsrail hərbçisi yaralanıb.

SalamNews bu barədə İsrail mətbuatına istinadla məlumat verir.

Bildirilib ki, Qüdsdə bir fələstinli idarə etdiyi maşını İsrailin çevik qüvvələri hesab edilən "Qolani" briqadasının hərbçilərinin üzərinə sürüb.

Yaralanan 14 İsrail hərbçilərindən birinin vəziyyəti ağır olaraq qalır.

Fələstinli hərəkatlar bu hücumu alqışlayıblar və onu işğala qarşı təsirli addımlardan biri hesab ediblər.

Qeyd edək ki, Donald Tramp Administrasiyasının yeni Fələstin planından sonra (bu plana əsasən Qüdsün bütünü İsrailin paytaxtıdır) İsrailin işğal etdiyi ərazilərdə vəziyyət gərginləşib.