AZƏRBAYCAN » SİYASƏT
08 Fevral 2020, 15:33 (GMT +4)

Milli Məclisə seçkilərlə bağlı 883 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Bakı, 8 fevral, SalamNews. "Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib".

SalamNews-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilat və 58 ölkəni təmsil edir.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.