DÜNYA » SİYASƏT
10 Fevral 2020, 11:55 (GMT +4)

Yaponiyada gəmidə daha 60 nəfərdə koronavirus aşkar edilib

Bakı, 10 fevral, SalamNews. Yaponiyanın Yokohama limanı yaxınlığında olan "Diamond Princess" kruiz gəmisinin sərnişinləri arasında koronavirusa daha 60 sərnişin yoluxub.

SalamNews  xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə nazirliyi məlumat yayıb.

Məlumata əsasən, gəmidə xəstəliyə yoluxanların sayı 130 nəfərə çatıb.

Ümumilikdə gəminin göyərtəsində 2666 sərnişin və 1045 ekipaj üzvü var. Laynerdəki karantin fevralın 19-dək davam edə bilər.