DÜNYA » SİYASƏT
10 Fevral 2020, 13:56 (GMT +4)

Yaponiya XİN Abe və Putinin görüşmək ehtimalını şərh edib 

Bakı, 10 fevral, SalamNews. Mayın 9-da Moskvada Yaponiyanın Baş naziri Şinzo Abe ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tuta bilər.

SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə fevralın 10-da Yaponiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Baş nazirin Almaniya üzərində qələbənin 75-ci ildönümü münasibətilə təşkil olunan mərasimdə iştirakı məsələsinə hələ ki baxılır”, nazirliyin rəhbəri Toşimisu Motegi qeyd edib.

"Kyodo"nun məlumatına görə, Abenin özü  Moskvanın tədbirə dəvətini qəbul edib və Rusiya lideri ilə danışıqlara ümid etdiyini bildirib.

Agentliyin məlumatına görə, Yaponiyanın baş naziri onunla Cənubi Kuril adaları məsələsini müzakirə etmək niyyətindədir.