DÜNYA » SİYASƏT
10 Fevral 2020, 17:40 (GMT +4)

Nissan Yaponiyadakı zavodların birində istehsalı dayandıracaq

Bakı, 10 fevral, SalamNews. "Nissan" koronavirusun aşkar edildiyi Çindən gələn hissələrin  tədarükündəki fasilələrə görə Yaponiyadakı zavodlarından birində istehsalını dayandıracaq.

SalamNews TASS-a istinadla xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.

Məlumata əsasən, söhbət cənub-qərb prefekturası Fukuokada yerləşən, eyni zamanda ixrac edilən maşınların yığıldığı müəssisədən gedir. 

Zavodda yeni xəstəliyin yayılmasının qarşısının alınması çərçivəsində müxtəlif tədbirlər görüldüyü üçün ÇXR-dən tədarüklər gecikir, bunun nəticəsində bəzi istehsalda problemlər yaranır.