DÜNYA » SİYASƏT
11 Fevral 2020, 17:47 (GMT +4)

Vurulan Suriya hərbi helikopterinin hər iki pilotu həlak olub (FOTO)

Bakı, 11 fevral, SalamNews, B.Samid. Bu gün İdlibdə vurulan hərbi helikopterin hər iki pilotu həlak olub.

SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, bu gün İdlibdə radikal qruplaşmalar tərəfindən vurulan hərbi helikopterin birinci piloti polkovnik İsa İzzuddin və ikinci pilot kapitan Əli Riza Hallaq həlak olublar.

Hərbi mənbələr iddia ediblər ki, radikal qruplaşmalara havadan müdafiə silahlarını son zamanlarda Türkiyə tərəfi verib.