AZƏRBAYCAN » CƏMİYYƏT
12 Fevral 2020, 12:30 (GMT +4)

Leyla Əliyeva ixtioz, kəpənək və immundefisit xəstəliyindən əziyyət çəkən uşaqlarla görüşüb

Bakı, 12 fevral, SalamNews.Fevralın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ixtioz, kəpənək və immundefisit xəstəliyindən əziyyət çəkən uşaqlarla görüşüb.

SalamNews xəbər verir ki, paytaxtdakı Bona Dea Beynəlxalq Hospitalında keçirilən görüş zamanı Leyla Əliyeva uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə olunan uşaqlara hədiyyələr təqdim edilib.