AZƏRBAYCAN » AVTOİDMAN
12 Fevral 2020, 10:51 (GMT +4)

Nazir Nigar Arpadaraini millət vəkili seçildiyi üçün təbrik edib

Bakı, 12 fevral, SalamNews.Gənclər və idman naziri Azad Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadaraini Milli Məclisə keçirilən seçkilərdə qalib gəlməyi münasibəti ilə təbrik edib.

SalamNews xəbər verir ki, nazir gənc kadrların parlamentdə təmsil olunmasının tərəfdarı olduğunu bildirib.

Qeyd edib ki, Nigar Arpadarai öz vəzifəsini bundan sonra da layiqli davam etdirəcək.

N.Arpadarai 29 saylı Səbail Seçki Dairəsindən bitərəf namizəd kimi seçilib.