AZƏRBAYCAN » MƏDƏNİYYƏT
12 Fevral 2020, 15:09 (GMT +4)

“Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı olub

Bakı, 12 fevral, SalamNews. Fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışı olub.

SalamNews xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

Prezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşdü.

Sonra dövlətimizin başçısı müəssisədə toxunan xalçanı kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.