DÜNYA » HADİSƏLƏR
12 Fevral 2020, 16:20 (GMT +4)

Yaponiyada 5.5 bal gücündə zəlzələ baş verib

Bakı, 12 fevral, SalamNews. Tokionun şimal-şərqində 5.5 bal gücündə zəlzələ baş verib, Yaponiya paytaxtında təkanların təsiri ilə binalar tərpənib.

Yaponiyanın Mərkəzi Meteoroloji Administrasiyasından verilən məlumata görə, zəlzələnin episentri Fukusima prefekturasının sahilində yerləşib.

SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, yerlatı təkanlar təxminən 80 km dərinlikdə qeydə alınıb.

Tsunami təhlükəsi elan edilməyib.

Dağıntı və tələfatlar barədə məlumat yoxdu.