RUSİYA » HADİSƏLƏR
13 Fevral 2020, 10:53 (GMT +4)

Rusiyada yol qəzasında 8 Ukrayna vətəndaşı ölüb

Bakı, 13 fevral, SalamNews. Rusiyanın Pskov vilayətində Ukrayna nömrəli mikroavtobus yük maşını ilə toqquşub, ilkin məlumatlara hadisə nətcəsində səkkiz nəfər ölüb, iki nəfər yaralanıb.

SalamNews -un xəbərinə görə, bu barədə RİA Novosti-yə bölgədəki təcili xidmət idarəsinin  nümayəndəsi məlumat verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qəza Moskva vaxtı ilə saat 00.29-da Pustoşkinski rayonunda federal avtomobil yolunun 475-ci kilometrliyində, Rudo kəndi yaxınlığında baş verib.

"Mercedes-Benz Sprinter"in "Volvo" markalı yük maşını ilə toqquşması nəticəsində səkkiz nəfər ölüb, daha iki nəfər yaralanıb. Pskov yaxınlığında baş verən qəzada ölənlərin hamısı Ukrayna vətəndaşıdır", məlumatda deyilir.