DÜNYA » SİYASƏT
13 Fevral 2020, 15:00 (GMT +4)

Bu gün İranda Qasim Süleymaninin qırx mərasimi qeyd edilir

Bakı, 13 fevral, SalamNews, B.Samid. İranın İslam İnqilabının Keşikçilər Ordusu bu gün İranın müxtəlif şəhərlərində Qasim Süleymaninin qırx mərasiminin keçiriləcəyini bildirib.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bu barədə İranın İslam İnqilabının Keşikçilər Ordusunun İctimaiyyətlə əlaqələr şöbəsinin sədri Ramazan Şərif məlumat verib.

Bildirilib ki, bu gün İranın müxtəlif şəhərlərində axşam namazından sonra Qasim Süleymaniyə qırx mərasimləri təşkil ediləcək.

ABŞ tərəfindən terrora məruz qalan generalın Tehranda olacaq qırx mərasimi isə paytaxtın mərkəzi Müsəlla məscidində ölkə rəsmilərinin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, ABŞ ötən ayın 3-də Bağdad hava limanı yaxınlığında İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı Qasim Süleymanini, İraqın Haşd-Şabi qüvvələrinin rəhbər müavini Əbu-Mehdi əl-Mühəndisi və onlarla birgə 8 iraqlı və iranlı hərbçini terror edib. Beş gün sonra İran ABŞ-ın İraqdakı iki hərbi bazasına onlarla ballistik raket atıb. Bu cavab hücumunda 100-dən çox ABŞ hərbçisi xəsarət alıb.