DÜNYA » SİYASƏT
14 Fevral 2020, 09:10 (GMT +4)

ABŞ Senatı Trampın İrana qarşı səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edib 

Bakı, 14 fevral, SalamNews. ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyat keçirmək səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edib.

SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, qətnamə ilə bağlı səsvermənin nəticələri bunu göstərir.

Qətnamənin lehinə 55 senator, əleyhinə 45 senator səs verib. 

Qətnamə Demokrat Tim Keyn tərəfindən təqdim edilib.

Qətnaməyə əsasən, Tramp "30 gün ərzində İrana qarşı yönəlmiş bütün düşmənçilik hərəkətlərini dayandırmağa" məcburdur.