AZƏRBAYCAN » SİYASƏT
14 Fevral 2020, 15:00 (GMT +4)

Prezident İlham Əliyev Münxendə dəyirmi masada iştirak edib

Bakı, 14 fevral, SalamNews.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib.

SalamNews xəbər verir ki, dövlətimizin başçısı dəyirmi masada çıxış edib.