DÜNYA » SİYASƏT
14 Fevral 2020, 12:41 (GMT +4)

Lavrov və Çavuşoğlu Münhen Konfransı çərçivəsində görüşəcək

Bakı, 14 fevral, SalamNews. Fevralın 16-da Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu arasında görüş planlaşdırılır.

SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə  Rusiya Xarici İşlər Nazirliyində məlumat verilib.

"Belə bir görüş planlaşdırılır", Rusiya Xarici İşlər Nazirliyinin məlumatıdna deyilir.

Həmçinin qeyd edilir ki, görüş bazar günü baş tuta bilər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Suriyanın İdlib əyalətindəki vəziyyətin nizamlanması üçün Ankara ilə işləməyə davam edir.