DÜNYA » SİYASƏT
14 Fevral 2020, 17:15 (GMT +4)

CNN: ABŞ HHQ pilotlarına rəsmi olaraq saqqal saxlamaq və hicab geyinməyə icazə verilib

Bakı, 14 fevral, SalamNews. ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı rəsmi olaraq müsəlmanlara və sixlərə saqqal saxlamaq, türban və hicab geyinməyə icazə verib.

SalamNews xəbər verir ki, bu barədə "CNN" xəbər verir.

Yenilənmiş qaydalar ötən həftə yekunlaşdırılıb. 

Hərbi qulluqçular səliqəli və mühafizəkar olmaq şərti ilə dini geyimlərdən istifadə edə biləcəklər.