AZƏRBAYCAN » CƏMİYYƏT
19 Fevral 2020, 11:16 (GMT +4)

Bakı polisi “Əsgərə salam” aksiyasına qoşulub (FOTO)

Bakı, 19 fevral, SalamNews.Paytaxt polisi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də start verdiyi “Əsgərə salam” aksiyasına qoşulmaqla Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirir.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən SalamNews-a bildirilib ki, soyuq səngərlərdə əldə silah düşmənlə üz-üzə dayanan, öz xidməti vəzifəsini və vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirən hərbçilərimizin qəlbinə hərarəti, xalqımızın sevgisi və etibarı, dövlətimizin gücü və qüdrəti verir.