DÜNYA » SİYASƏT
19 Fevral 2020, 15:30 (GMT +4)

Ərdoğan Rusiya ilə Türkiyə arasındakı İdliblə bağlı danışıqları şərh edib

Bakı, 19 fevral, SalamNews. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Türkiyə arasında Suriyanın İdlib bölgəsinə dair danışıqların gedişatını şərh edib.

"Təəssüf ki, indiyə qədər İdliblə bağlı Rusiya ilə keçirdiyimiz görüşlər istədiyimiz kimi getmədi" deyə Ərdoğan bildirib.

SalamNews-un verdiyi xəbərə görə, o danışıqların davam edəcəyini vurğulayıb.

"Ancaq aydındır ki, ortaq mövqedə dayanmaqdan çox uzağıq", - deyə Türkiyə prezidenti əlavə edib.