DÜNYA » HADİSƏLƏR
20 Fevral 2020, 10:30 (GMT +4)

Kanadada 200 avtomobil toqquşub, 60 nəfər xəsarət alıb

Bakı, 20 fevral, SalamNews. Kanadanın Monreal şəhərində 200 avtomobilin iştirakı ilə baş verən yol qəzalarında 60 nəfər xəsarət alıb.

SalamNews bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

"Monrealda onlarla avtomobilin iştirak etdiyi böyük qəzada 60-a yaxın insan xəsarət alıb. İnsanları hələ də avtomobillərdən çıxarırlar. Cənub sahilindəki 15 nömrəli magistral yolu hər iki istiqamətdə bağlıdır", CBC-nin Twitter səhifəsində məlumat verilir.