AZƏRBAYCAN » İQTİSADİYYAT
20 Fevral 2020, 16:02 (GMT +4)

Bakı metrosu koronavirusa görə dezinfeksiya ediləcək

Bakı, 20 fevral, SalamNews. Sabahdan etibarən Bakı metropolitenində dezinfeksiya işlərinə başlanacaq.

Bunu SalamNews-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ilkin olaraq dezinfeksiya işləri qatarlarda aparılacaq: "Bununla bağlı tədbirlər planı hazırlanıb və gələn həftədən dezinfeksiya işləri stansiyalarda aparılacaq".

B. Məmmədov əlavə edib ki, dezinfeksiya koronavirusa qarşı profilaktik işlər çərçivəsində aparılacaq.