DÜNYA » SİYASƏT
24 Fevral 2020, 15:26 (GMT +4)

Aviazərbələrə cavab olaraq, Qəzzadan İsrailə raketlər atılıb

Bakı, 24 fevral, SalamNews, B.Samid. Fələstinli hərəkatlar İsrailin ötən gecəki hücumuna cavab olaraq qarşı tərəfin nəzarətindəki əraziləri raketlərlə hədəfə alıblar.

SalamNews Fələstin Media Mərkəzinin saytına istinadla xəbər verir ki, fələstinli hərəkatlar bu gün İsrailin nəzarətindəki ərazilərə 6 ədəd raket atıblar.

İsrail Ordusu raketlərdən beşinin "Dəmir Qübbə" havadan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.

Bu arada İsrail baş naziri Benyamin Netanyahu ötən gecə Dəməşq və Qəzzaya endirilən hava zərbələrinin səbəbini açıqlayıb. O bidirib ki, Dəməşqə hava zərbələri nəticəsində Fələstinin "İslami Cihad" hərəkatının 6 üzvü ölüb.

"İslami Cihad" ötən günkü hava zərbələrində hərəkatın 2 üzvünün həyatını itirdiyini bildirib.