DÜNYA » CƏMİYYƏT
25 Fevral 2020, 10:53 (GMT +4)

"Diamond Princess" kruiz gəmisinin daha bir sərnişini dünyasını dəyişib

Bakı, 25 fevral, SalamNews. Koronavirus aşkar edilən "Diamond Princess" kruiz gəmisinin daha bir sərnişini Yapononiyada xəstəxanada dünyasını dəyişib.

SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

Mərhumun yaşı 80-dən yuxarı olub. Bu, gəmi sərnişinləri arasındakı dördüncü ölüm halıdır.

Yaponiyada yoluxanların ümumi sayı 851 nəfərə çatıb.

Onların əsas hissəsi 691 nəfər Yokohama limanında iki həftədən çox müddətdir karantində saxlanılan kruiz gəmisinin sərnişinləri və ekipajıdır.