DÜNYA » CƏMİYYƏT
25 Fevral 2020, 10:10 (GMT +4)

Yaponiyada planetin ən yaşlı sakini vəfat edib

Bakı, 25 fevral, SalamNews. Planetin ən yaşlı sakini, Yaponiyalı Vatanabe Titesu 23 fevralda 112 yaşında vəfat edib.

SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə "Kyodo" agentliyi mərhumun ailəsinə istinadən məlumat yayıb.

O, Niiqata prefekturasındakı qocalar evində dünyasını dəyişib.

İki həftə əvvəl, 12 fevral tarixində o "Planetinən yaşlı sakini" kimi Ginnesin Rekordlar Kitabına daxil edildi.

Vatanabe 5 mart 1907-ci ildə kəndli ailəsində anadan olmuş və 20 yaşında Tayvana köçmüş və  18 il  burada yaşamışdır.