DÜNYA » SİYASƏT
25 Fevral 2020, 15:05 (GMT +4)

Misirin sabiq prezidenti Hüsni Mübarək vəfat edib

Bakı, 25 fevral, SalamNews. B.Samid. Misirin sabiq prezidenti Hüsni Mübarək bu gün 92 yaşında vəfat edib.

SalamNews bu barədə Misir mətbuatına istinadla məlumat verir.

Bildirilib ki, Misirin sabiq prezidenti Hüsni Mübarək bu gün səhər 92 yaşında dünyasını dəyişib.

Əl-Ərəbiyyə telekanalı bildirib ki, sabiq prezidentin ailəsi onun ölümünü təsdiqləyib.

Qeyd edək ki, Hüsni Mübarək 1981-ci ildə Ənvər Sadatdan sonra bu ölkənin prezidenti olub və 2011-ci ildə "Ərəb Baharı" dövründə etirazlar nəticəsində vəzifədən gedən ilk ərəb diktatorlarındandır.

Kənarlaşdıqdan sonra Məhəmməd Mursi dövründə ona qarşı bir sıra ittihamlar sürülsə də hazırki prezident Əbdül-Fəttah Sisi zamanında bəraət alıb.