MDB ÖLKƏLƏRİ » SİYASƏT
25 Fevral 2020, 16:59 (GMT +4)

Qazaxıstanda qeyri-qanuni mitinqlər zamanı 53 nəfəri saxlanılıb

Bakı, 25 fevral, SalamNews. Qazaxıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları fevralın 22-də Nur-Sultan və Alma-Atada keçirilən qeyri-qanuni mitinqlər zamanı 53 nəfəri saxlayıb.

SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Qazaxıstanın daxili işlər naziri Yerlan Turqumbayev məlumat verib.

"Bəzi vətəndaşlar şəhərlərdə keçirilən icazəsiz mitinqlərə qatılıb. 53 nəfər polis tərəfindən saxlanılıb.Bəziləri məsuliyyətinə cəlb olunub, 43 vətəndaş azadlığa buraxılıb.

Mitinqlər əsasən Nur-Sultan və Alma-Ata şəhərlərində keçirilib", Y. Turgumbayev.