DÜNYA » SİYASƏT
28 Fevral 2020, 11:48 (GMT +4)

BMT İdlibdə təcili şəkildə atəşkəsin bərqərar edilməsinə çağırır

Bakı, 28 fevral, SalamNews. BMT-nin baş katibi Antonio Quterreş  İdlibdəki deskalasiya zonasında təcili şəkildə atəşkəsin bərqərar edilməsinə çağırıb.

SalamNews -un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Quterreşin çağırışını onun rəsmi nümayəndəsi Stefan Dujarric səsləndirib.

"BMT Suriyanın şimal-qərbində zorakılığın artmasından və onlarla türk hərbçisinin öldüyü barədə xəbərlərdən narahatdır. Baş katib növbəti dəfə təcili şəkildə atəşkəsin bərqərar edilməsinə çağırır. Təcili tədbirlər görülməsə, bölgədəki gərginlik hər saat artacaq "- deyə Dujarrick BMT Baş katibinin açıqlamasını səsləndirərkən deyib.