AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
02 Mart 2020, 16:52 (GMT +4)

“Əczaçılıq kimyası” dərsliyinin ikinci cildi çıxıb

Bakı, 2 mart, SalamNews.Azərbaycan Tibb Universitetinin Əczaçılıq kimyası kafedrası tərəfindən “Əczaçılıq kimyası” kitabının 2-ci nüsxəsi çap olunub.

SalamNews-a bu barədə məlumat verən kafedra müdiri, professor Tahir Süleymanovun sözlərinə görə, “Əczaçılıq kimyası” əczaçılıq üzrə əsas ixtisas fənlərindən biridir.Fənn ATU-nun əczaçılıq fakültəsinin III-IV kursunda bakalavr pilləsində təhsil alan tələbələrin, eləcə də əczaçılıq kimyası ixtisaslaşması üzrə əczaçı magistrlərin tədris planına daxildir.

“Sonuncu dəfə 1979-cu ildə “Əczaçılq kimyası” dərsliyi hazırlanıb. Bundan sonra növbəti dərslik iki il öncə hazırlanıb. Biz 2018-ci ildə “Əczaçılq kimyası” dərsliyinin birinci cildini istifadəyə verdik. Dərsliyin birinci hissəsində əczaçılıq kimyasının ümumi problemləri və qeyri-üzvü preparatlara əsr edilmişdi”.

T.Süleymanovun sözlərinə görə, yeni istifadəyə verilən 2-ci cilddə hetratsklik birləşmələr və onların dərman preparatlarından bəhs olunur. Kitabda proqrama uyğun olaraq hər bir preparat haqqında məlumat verilib. Həmçinin, preparatın alınma üsulları, adının tətbiqi, təmizliyinin təyini, miqdarının təyini və s. kimi dəqiq bilgilər yer alıb. Eləcə də, bu preparatların tibb təcrübəsində istifadə qaydası haqqında məlumatlar açıqlanıb.

Dərsliyin müəlliflərindən biri Cəmilə Yusifova bildirir ki, “Əzcaçılıq imyası” dərsliyinin dərci tələbələrinin işini xeyli asanlaşdırıb: “Qeyd etdiyimiz kimi bu kitabın ilk nüsxəsi 2018-ci ildə nəşr oluunub. Tələbələr belə bir dərsliyin nəşr olunmasından razılıq edirlər. Çünki bundan sonra 3-4 dərslikdən istifadə problemi aradan qalxıb, tələbələr üçün imtahan suallarına cavab tapmaq da yüngülləşib. Artıq 2 ildir ki, kafedrada bu fənn üzrə belə problemlər yaşanmır”.

“Əczaçılq kimyası” dərsliyində əksər qruplar üzrə dərman preparatlarının istifadəsi aydın şəkildə izah olunduğundan, ATU-nun digər fakültəsinin tələbələri də kitabdan istifadə edə bilər.