AZƏRBAYCAN » HADİSƏLƏR
02 Mart 2020, 15:10 (GMT +4)

DİN: Həftəsonu yol qəzalarında 6 nəfər ölüb

Bakı, 2 mart, SalamNews.Respublikanın daxili işlər orqanları tərəfindən, ötən 2 gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinindən SalamNews-a verilən məlumatına görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.