DÜNYA » SİYASƏT
02 Mart 2020, 16:55 (GMT +4)

Çin liderinin Yaponiya səfəri koronavirus səbəbiylə təxirə salınıb

Bakı, 2 mart, SalamNews. Çin prezidenti Si Tszinpinin Yaponiyaya səfəri koronavirusun yayılması səbəbiylə təxirə salınıb.

SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə martın 2-də Yaponiyanın "The Asahi Shimbun" qəzeti məlumat yayıb.

Tokio və Pekin Si Tszinpinin səfərini azı bu ilin payızına qədər təxirə salmaq barədə razılığa gəlib. Qeyd olunduğu kimi, cari həftə ərzində müvafiq qərar dəqiqləşdiriləcək və bundan sonra rəsmi şəkildə elan ediləcək.