DÜNYA » SİYASƏT
03 Mart 2020, 16:10 (GMT +4)

Türkiyə miqrantların başqa ölkəyə köçmək hüququna hörmət edir - Çavuşoğlu

Bakı, 3 mart, SalamNews. Türkiyə miqrantların təhlükəsiz hesab etdikləri ölkəyə köçmək hüququna hörmət edir. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Ankarada İngiltərə xarici işlər naziri Dominik Raab ilə birgə mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlayıb.

O bildirib ki, Ankara qaçqınları Türkiyə ərazilərində qalmağa məcbur etmək niyyətində deyil və bununla bağlı üzərinə öhdəlik götürməyib. 

Nazirin sözlərinə görə, Aİ strukturları miqrasiya sahəsi də daxil olmaqla ümumbəşəri dəyərlərə hörmət etməlidir. 

Diplomatiya rəhbərinin fikrincə qaçqınların hüquqları təmin olunmalıdır.