DÜNYA » SİYASƏT
05 Mart 2020, 17:28 (GMT +4)

Ərdoğan-Putin görüşü zamanı radikal qruplaşmalar Saraqibi top və raket atəşinə tutublar

Bakı, 5 mart, SalamNews, B.Samid. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Moskvada görüşü zamanı İdlibdəki radikal qruplaşmalar Saraqibi raketlərdən və toplardan atəşə tutublar.

SalamNews bu barədə əl-Məyadinə istinadla xəbər verir.

Bildirilib ki, radikal qruplaşmalar iki prezidentin İdliblə bağlı görüşü zamanı Saraqibi toplar və raketlərdən hədəfə alıblar.

Hazırda bu strateji şəhər uğrunda tərəflər arasında qarşıdurmaların getdiyi deyilir.

Suriya Ordusu Hələb-Dəməşq yolu üzərində olan bu strateji şəhəri iki gün öncə radikal qruplaşmalardan geri alıb.

Qeyd edək ki, Putinlə Ərdoğan görüşünün ilk mesajlarına əsasən tərəflər İdlibdə gərginliyi azaltmaq üçün addım atmağa hazır olduqlarını bildiriblər.