DÜNYA » CƏMİYYƏT
07 Mart 2020, 12:39 (GMT +4)

Fələstində 15 amerikalı turist koronavirusa görə karantinə alınıb

Bakı, 7 mart, SalamNews, B.Samid. Fələstində Beyt-Ləhm şəhərinin otellərinin birində 15 ABŞ vətəndaşı koronavirusa görə karantinə alınıb.

SalamNews Fələstin Media Mərkəzinin saytına istinadla xəbər verir ki, bu barədə muxtariyyətin rəsmi mənbələri məlumat veriblər.

Bildirilib ki, Beyt-Ləhm şəhərində koronavirusa görə bir oteldə 15 ABŞ vətəndaşı karantinə alınıb.

Qeyd edək ki, Beyt-Ləhmdə bütün məscid və kilsələr qapılarını ziyarətçilərin üzünə bağlayıb və məktəblər tətil edilib. Muxtariyyətin nəzarətindəki ərazilərdə fövqəladə vəziyyət elan edilib.

İsrail də İordan çayının qərb sahilində bütün keçidlərdə yoxlanışları artırıb. İsraildə ordu hissələrinin birində 1100 əsgərin koronavirus şübhəsilə karantində saxlanıldığı bildirilir.