AZƏRBAYCAN » İQTİSADİYYAT
11 Mart 2020, 17:04 (GMT +4)

“Azercell”lə mobil musiqi limitsiz olub

Bakı, 11 mart, SalamNews. Rəqəmsal sahədə innovasiyaları ilə seçilən, müasir texnologiyalar və effektiv həllər vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən “Azercell Telekom” MMC abunəçilərinə daha bir kampaniya təqdim edir.

Martın 8-dən etibarən “Azercell” abunəçiləri “Zvuk” aylıq paketinə qoşulmaqla mobil internetə əlavə heç bir ödəniş etmədən xidmətdən “Azercell” şəbəkəsində tam limitsiz istifadə imkanı əldə edir. Belə ki, bir smartfonda 40 milyondan çox musiqi, ən populyar playlistlər, üç dildə menyu, sosial şəbəkələrdə musiqi paylaşmaq və digər imkanları olan bu mobil tətbiq çərçivəsində *707#YES yığıb “Zvuk” aylıq paketinə qoşulan hər kəs musiqi dinləyərkən mobil internetdən limitsiz faydalanacaq.

Kampaniya aprelin 15-dək qüvvədədir.

Əlavə məlumat üçün “https://www.azercell.com/az/personal/campaigns/monthly/zvuk_yaz_2020/” müraciət edin.

Qeyd edək ki, 2017-ci il fevralın 10-dan etibarən “Azercell” abunəçilərinin istifadəsinə təqdim olunan “Zvuk” xidməti vasitəsilə istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək öz playlistini yaratmaq imkanı yaradılıb. Xidmətə qoşulmaq üçün “Google Play” və ya “AppStore”dan mobil tətbiqi yükləmək, qeydiyyat üçün sadəcə tətbiqdə mobil nömrəni daxil edib, əvəzində SMS vasitəsilə gələn unikal kodu təkrarən mobil tətbiq üzərindən əlavə etmək lazımdır.

Bu yaz “Azercell”in təqdimatında “Zvuk”u smartfona yazmağın əsl vaxtıdır!