AZƏRBAYCAN » SİYASƏT
12 Mart 2020, 10:47 (GMT +4)

Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlanıb

Bakı, 12 mart, SalamNews.Milli Məclisin sabahkı – martin 13-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

SalamNews xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib.

İclasda Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı, “Əmanətlərin tam sığortalanması haqqında” və Milli Məclisin komitələrinin üzvlərinin seçilməsi barədə qanun layihələri daxildir.