AZƏRBAYCAN » SİYASƏT
12 Mart 2020, 12:16 (GMT +4)

Sabah Milli Məclisin komitələrinə yeni üzvlər seçiləcək

Bakı, 12 mart, SalamNews.Martın 13-də VI çağırış Milli Məclisin növbəti iclası keçiriləcək. İclasın gündəliyinə 18 məsələ daxildir.

Bunu SalamNews-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

A.Təvəkküloğlu bildirib ki, iclasda "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununlarına dəyişiklik edilməsi (ikinci səsvermə), “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı haqqında qanun layihəsi və Milli Məclisin 15 komitəsinin üzvlərinin seçilməsi haqqında qanun layihələri müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, martın 10-da VI çağırış Milli Məclisin ilk iclası keçirilib. İclasda Milli Məclisin yeni sədri, sədr müavinləri, komitə sədrləri və müavinləri seçilib.