AZƏRBAYCAN » İDMAN
13 Mart 2020, 21:01 (GMT +4)

Azərbaycanda bütün idman tədbirləri ləğv olunub

Bakı, 13 mart, SalamNews. Azərbaycanda bütün kütləvi tədbirlər 1 ay müddətinə təxirə salınıb.

SalamNews xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, o cümlədən mədəni-idman tədbirləri təxirə salınıb, artıq təyin olunmuş tədbirlərin tarixi isə dəyişdirilib.