DÜNYA » SİYASƏT
14 Mart 2020, 13:19 (GMT +4)

İdlib sammiti Covid-19 səbəbiylə telekonferans yolu ilə keçiriləcək 

Bakı, 14 mart, SalamNews. Martın 17-nə planlaşdırılan Türkiyə, Fransa və Almaniya liderlərinin  üçtərəfli İstanbul görüşü telekonfrans vasitəsi ilə keçiriləcək.

SalamNews-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bu qərar dünyada yeni növ koronavirusun (Covid-19) yayılmasına qarşı görülən tədbirlər çərçivəsində qəbul edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin iştirakı ilə keçiriləcək sammitdə Suriyanın İdlib bölgəsində vəziyyətin tənzimlənməsi, miqrant problemi və Türkiyə ilə AB arasındakı münasibətlərin müzakirəsi planlaşdırılır.